Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfərin mübarək Vətən

07.11.2023

Noyabrın 7-də Masallı rayon Ərkivan qəsəbə-2 kitabxana filialının təşkilatçılığı ilə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbində “Zəfərin mübarək Vətən” adlı tədbir keçirilib.

Tədbirdə filial müdiri Cəlalə Məmmədova məruzə edərək bildirib ki,Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi yazıldı. C.Məmmədova şagirdlərə Vətən müharibəsində qəhrəmanlıq göstərmiş mərd oğullarımızın şücaətindən danışıb.

Yekunda şagirdlərin ifasında vətənpərvərlik mövsusunda şeirlər səsləndirilib.