Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

44 günlük Zəfər tariximiz

06.11.2023

Masallı rayon Mərkəzi Kitabxanasında 8 Noyabr Zəfər günü ilə əlaqədar “44 günlük Zəfər tariximiz” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, 27 sentyabr 2020-ci il Azərbaycanın zəfərinin başlanğıc günüdür.O, çıxışında vurğulayıb ki, üç il əvvəl bu günlərdə Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün Azərbaycan dövləti və ordusu ətrafında sıx birləşən xalqımız 44 günlük mürəkkəb, lakin şərəfli və qürurlu mübarizə yolu keçərək qızıl hərflərlə tarixə yazılan nailiyyət qazandı.

 Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova məruzəsində vurğulayıb ki, Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə ilə nizamlanması, torpaqlarımızın işğaldan azad edilməsi üçün 30 ilə yaxın aparılan danışıqlar prosesində iştirak etməklə, sülhə sadiqliyini göstərmişdir. Azərbaycanın təkidli səylərinə baxmayaraq təcavüzkar qonşumuz münaqişənin müsbət həlli istiqamətində irəliləyişə doğru heç bir real addım atmadı. Ermənistan siyasi-hərbi hərbi rəhbərliyinin təmas xəttində ardıcıl təxribatlar törətməsi cəbhə bölgəsində münaqişə ocağının yenidən alovlanmasına rəvac verdi.

Tədbir iştirakçılarının nəzərinə çatdırlıb ki, Azərbaycan ordusunun 44 günlük uğurlu əks-hücum əməliyyatı sayəsində torpaqlarımızın uzun illər davam edən işğalına son qoyuldu. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin başçılığı altnda düşmənə layiq olduğu cavabı verərək tarixi ədaləti bərpa etdi. Sonda qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə ardıcıl sosial-iqtisadi layihələr davam etdirilir. Həmin ərazilərin yenidən dirçəldilməsi, əzəmətli günlərinə qovuşması üçün geniş bərpa-quruculuq işləri görülür.