Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib

06.11.2023

Zəfər Günü ərəfəsində şəhid ailələri ilə görüşdə Lənkəran-Astara Regional Mədəniyyətinin rəisi Bəxtiyar Qılıncov və mədəniyyət işçiləri iştirak ediblər.

Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışılıb.

Həmçinin şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Bildirilib ki, şəhidlərimiz Vətən uğrunda canlarını fəda etməklə özlərindən sonra gələn nəsillər üçün qəhrəmanlıq salnaməsi olaraq əbədi yaddaşlara həkk olunub.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.