Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Tural Hümmətov haqqında sənədli film təqdimatı

03.11.2023

Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Tural Hümmətov haqqında “Nakam ömrün akkordları” adlı sənədli filmin və təqdimatı keçirilib.

Tədbirdə şəhidin doğmaları və yaxınları, döyüş yoldaşları, qazilər, şəhid ailələri, rayon rəsmiləri, mədəniyyət, media, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidin həyatı, keçdiyi döyüş yolu haqqında məlumat verib və sənədli film nümayiş etdirilib.

Sonra filmin sennaristi və rejissoru Q. Vəliyev adına Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev film haqqında təəssüratlarını bölüşüb.

Tural Hümmətov 20 may 1998-ci ildə Lənkəran rayonunun Tatoba kəndində doğulub. Q. Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinə dərnək rəhbəri kimi çalışan Tural Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. Tural Hümmətov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Tural Hümmətov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.