Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Elmlər Akademiyası-Azərbaycan elminin flaqmanı

03.11.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Azərbaycan elminin qədim tarixi və böyük ənənələri var.1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti elm sahəsində daha böyük uğurların qazanılmasıda vəsilə oldu.

Sonra məruzə ilə çıxış edən Mərdan İsgəndərov müstəqillik dönəmində Milli Elmlər Akademiyası kimi fəaliyyətini davam etdirən ölkəmizin ən ali elm ocağının xalqmızn mədəni və mənəvi inkişafında rolundan bəhs edib.Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli Sərəncamı ilə Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilib. Eyni zamanda, ulu öndər Heydər Əliyevin 2003-cü il  4 yanvar tarixli Fərmanı əsasında Milli Elmlər Akademiyasının statusu və əhatə edəcəyi fəaliyyət sahələri müəyyənləşdirilib. Ölkə üzrə bütün elmi müəssisələrin və ali məktəblərin elmi tədqiqat işlərinin işi akademiyaya həvalə olunub.