Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Narkomaniyaya yox deyək !-Erkən nikaha son qoyaq !

03.11.2023

Astara Dövlət Rəsm Qalereyasının və Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbinnin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək, erkən nikaha son qoyaq” devizi altında maarifləndirici  tədbir keçirildi.

Tədbirdə Astara rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini-polis mayoru Orxan Novruzov, Astara rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri B.Əliyeva, Lənkəran-Astara Regional Gənclər və idman İdarəsinin Astara rayonu üzrə sektorunun müdiri R.Şirinov, Astara rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin məsləhətçisi İ.Arizzadə, məktəbin direktoru R.Məmmədova, məktəbin psixoloqu K.Musayeva çıxış edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” 2019-2024-cü illər üçün Dövlət Proqramından irəli gələn vəzifə və tapşırıqların yerinə yetirilməsi və sağlam ailə naminə erkən nikahın fəsadları haqqında məlumat veriblər.

Yeniyetmələri məlumatlandırmaq və maarifləndirmə yolu ilə sağlam gələcəyimizin təmin olunmasına töhfə verən, interaktiv formada davam edən  tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Yekunda tədbir iştirakçıları qalereyanın “Rəsm” dərnəyinin fəal üzvlərinin əl işlərindən ibarət sərgilə tanış olublar.