Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada ”Azərbaycan bayrağı fəxrimiz, vüqarımızdır” mövzusunda tarix dərsi keçirilib

03.11.2023

Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara rayon Ə. Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbinin birgə təşkilatçılığı ilə mərkəzdə “Azərbaycan bayrağı fəxrimiz, vüqarımızdır” mövzusunda tarix dərsi keçirilib.

9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan tarix dərsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və “9 Noyabr-Dövlət Bayrağı Günüdür” adlı film nümayiş edilib.

Tarix dərsində Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə edib.

Bildirilib ki, suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.

Daha sonra mövzu ətrafında məktəbin müəllim və şagirdləri çıxış edib.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin Elektron kitabxnasında saxlanılan kitablar və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgilə tanış olublar.