Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Ziyarətinə gəlmişəm Şuşa” adlı tamaşa-kompozisiya nümayiş olunub

03.11.2023

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Masallı Xalq Teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin təqdimatında “Ziyarətinə gəlmişəm Şuşa” adlı tamaşa-kompozisiya nümayiş olunub.

Tamaşanın nümayişində rayon rəsmiləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.

8 Noyabr-Zəfər Günü ilə əlaqədar  Lənkəran-Astara Regional Mədəniyət İdarəsi və Masallı Dövlət Regional Kollecinin dəstəyi ilə səhnəyə qoyulan tamaşadan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, tamaşanın quruluşu Masallı Xalq Tetarının rejissoru Cəmaləddin Əliyevə, səhnə tərtibatı Elsevər Əliyevə, musiqi tərtibatı isə Ruslan Zahidova məxsusdur.

Yekunda bir qrup şəxs tamaşanın hazırlanmasında fəallıq göstərdiklərinə görə “Fəxri Fərman” və Təşəkkürnamə”lərlə təltif edilib.