Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaqların mənəvi inkişafı: Nəyi necə etməli?

26.10.2023

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Uşaq hüquqları aylığı” çərçivəsində  “Uşaqların mənəvi inkişafı: Nəyi necə etməli?” mövzusunda tədbir keçirilib.

Kəlbəhüseynli kənd tam orta məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin  direktoru Əntiqə Tağıyeva mövzu ilə bağlı  çıxış edərək Uşaqların istismar olunması, erkən nikah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verib, uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsinin önəmini diqqətə çatdırıb.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilərək uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib.

Sonra şagirdləri maraqlandıran suallar cavablandırılaraq, mövzu ətrafında müzakirələr aparlıb.

Yekunda şagirdlərin muzey və qalereyaya ekskursiyası təşkil olunub.