Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Heydər Əliyev və Azərbaycan tarixi”mövzusunda tarix dərsi keçirilib

25.10.2023

“Heydər Əliyev ili”çərçivəsində Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə Masallı rayon Heydər Əliyev Mərkəzində Sığıncaq kənd tam orta məktəbinin şagirlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan tarixi”mövzusunda tarix dərsi keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tarix dərsində şagirdlərə Ümummilli Lider Heydər Əliyevin ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılıb.

Yekunda şagirdlər "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti" başlıqlı sərgiyə baxış keçiriblər.