Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “Qubadlı Şəhəri Günü”nə həsr olunmuş tədbir keçirilib

26.10.2023

Cəlilabad Dövlət Rəsm Qalereyasında “Qubadlı Şəhəri Günü”nə həsr olunan tədbir keçirilib.

Tədbirdə qalereyanın əməkdaşları və qazilər iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Qubadlı şəhərinin tarixindən, 44 günlük Vətən müharibəsində Ordumuzun göstərdiyi şücaətlərdən və işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərindən söhbət açılıb.

Sonra mövzu ilə bağlı təşkil olunan sərgiyə baxış keçirilib.