Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəlcəyimizin təminatçıları ilə erkən nigaha yox deyək !

24.10.2023

Mahmudavar kənd tam orta məktəbində“ Uşaq hüquqları aylığı “ çərçivəsində “Gəlcəyimizin təminatçıları ilə erkən nigaha yox  deyək” mövzusunda tədbir keçirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı,  Heydər Əliyev Mərkəzi, Lənkəran-Astara Regional Təhsil  idarəsinin Masallı rayon üzrə təhsil sektoru , Lənkəran- Astara Region İdarəsinin Gənclər və idman İdarəsinin Masallı  rayonu üzrə sektoru və Ombudsmanın Cənub Regional Mərkəzinin dəstəyi ilə keçirilən maarifləndirici  tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışçılar ölkəmizdə  uşaq hüquqlarının qorunması sahəsində aparılan genişmiqyaslı tədbirlərdən söhbət açaraq qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda təsbit olunmuş əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar uğurla həyata keçirilir.  Bu səpgidə uşaqların radikal və zərərli təsirlərdən qorunması üçün hər bir xalqın ənənələrinin, milli-mənəvi dəyərlərinin böyük əhəmiyyət daşıdığını söylədilər.  Eyni zamanda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi, əhali arasında erkən nikahla bağlı maarifləndirmə işinin  daha da  geniş aparılması yollarından danışdılar

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.