Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda milli azlıqların nümayəndələri ilə görüş keçirilib

23.10.2023

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində milli azlıqların müdafiəsi, dil və mədəniyyətinin inkişafı çərçivəsində təqdimat keçirilib.

Təqdimatda Avropa Şurası Milli azlıqların qorunması üzrə Çərçivə Konvensiyanın Məşvərətçi Komitəsinin nümayəndələri iştirak edib.

İlk öncə qonaqlar Lənkəran şəhər Mədəniyyət Mərkəzində yerləşən etnoqrafiya müzeyindəki qeyri-maddi mədəni irs nümünələrinə baxış keçiriblər.

Sonra Lənkəran, Astara ,Lerik rayonlarının özfəaliyyət kollektivləri milli folklor nümünələrini, adət və ənənələrini, Talış musiqi və mahnılarını təqdim ediblər. 

Rəngarəng ifalarla yadda qalan tədbirdə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Nənələr” Folklor Xalq Kollektivi, “Babalar” Xor Kollektivi, “Ay Lolo” Folklor Mahnı və Rəqs Qrupu ,1 saylı Boladi kənd klubunun “Kinəlim” Folklor Rəqs Qrupu, Lerik rayon Mədəniyyət Mərkəzinin “Rəfti” Folklor Kollektivi, Astara rayon Mədəniyyət Mərkəzinin “Hovəlim” Folklor Qrupu, “Əvəsor” xalq Folklor Kollektivlərinin ifasında Talış dilində milli adət ənənələr və müsiqi nümünələri nümayiş etdirilib.