Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əhməd Cəmil-100

23.10.2023

Masallı rayon Mərkəzi Kitabxanasında ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair Əhməd Cəmilin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən kitabxananın əməkdaşı Gülər Piriyeva unudulmaz şairin həyat və yaradıcılığı haqqında məluma verib.

Sonra kitabxananın digər əməkdaşı Həbibə Hüseynova məruzəsində vurğulayıb ki,mədəniyyət və ədəbiyyat sahəsində bir çox məsul vəzifələrdə çalışan görkəmli şair xarici ölkə ədəbiyyatından tərcümələr etmişdir. Xidmətlərinə görə iki dəfə “Qırmızı əmək bayrağı” ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medalları ilə təltif olunmuşdur.