Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev-Vətənə, dövlətə sədaqət andı

23.10.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev – Vətənə, dövlətə sədaqət andı” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, oktyabr ayı Azərbaycan tarixində əlamətdar aylardan biridir. Belə ki, zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş Ulu Öndər Heydər Əliyev məhz 1993-cü ilin oktyabrın 10-da əlini Konstitusiyaya basaraq Prezident kimi and içib. O, diqqətə çatdırıb ki, həmin dövrün çətinliyi, Azərbaycanın nə qədər ağır sınaqlarla üz-üzə qaldığı tarixin yaddaşındadır.

Sonra kitabxananın əməkdaşı Gülər Kərimova məruzə ilə çıxış edərək Ümumilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində Azərbaycanın öz dövlət müstəqilliyinin dönməzliyini təmin etdiyini vurğulayıb.  Qeyd olunub ki, Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə ölkəmiz sosial-iqtisadi və beynəlxalq sahədə bir çox mühüm nailiyyətlər qazanmışdır.Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişiliklər olduğu vurğulanıb.