Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Dağların harayi” kitabının təqdimat keçirilib

20.10.2023

Yardımlı rayon Mərkəzi Kitabxanasında  yerli yazar Əlövsət Viləşin yeni çapdan çıxmış “Dağların harayı” kitabının təqdimatı keçirilib.

Təqdimatda şəhid ataları, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi  Ayaz Əliyev, yerli yazarlar, ziyalılar və oxucular iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi  Ayaz Əliyev, mədəniyyət nümayəndələri və yazarlardan Əlisəfa Əhmədoğlu Mirnəzər Nəzərov, Qabil Qaraxanlı, İdris Babayev, İqbal Nəhmət çıxış ediblər. Çıxışlarda kitabın tərtibatından, məziyyətlərindən söhbət açılıb və şairin şeirlərindən parçalar səsləndirilib.

Yekunda şair Əlövsət Viləş tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.