Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada şəhid ailəsi ziyarət edilib

20.10.2023

Astara rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi Qasımov Baba Əhməd oğlunun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı Mərkəzin əməkdaşları şəhidin ailə üzvləri ilə görüşərək onlarla söhbət edib və şəhidin ev müzeyindəki əşyaları ilə tanış olublar.

Şəhid ailəsinin üzvləri ölkəmizdə şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ediblər.

Qeyd edək ki, Baba Qasımov Vətən müharibəsi zamanı Qubadlının azad edilməsi  istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəzinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin  müvafiq Sərəncamları ilə Qasımov Baba Əhməd oğlu ölümündən sonra "Vətən uğrunda” "Vətənə xidmətə görə" ordeni ,  "Füzulinin azad olunmasına görə"  "Qubadlının azad olunmasına görə"  və  "Xocavəndin azad olunmasına” görə  medalı ilə təltif edilib.