Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda şəhid ailələri ziyarət edilib

20.10.2023

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və əməkdaşları Lənkəranda şəhid ailələrini ziyarət edib.

Ziyarət zamanı idarə rəisi Bəxtiyar Qılıncov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından danışıb.

Həmçinin şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətlərdən söhbət açılıb.

Görüş zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.