Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zamanın hökmünü dəyişən lider

20.10.2023

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyev irsinin təbliği məqsədilə "Zamanın hökmünü dəyişən lider" adlı tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon Arus və Gavran kənd orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.

Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər, icra olunan layihələr, o cümlədən Ulu Öndər Heydər Əliyevin zamanın hökmünü dəyişərək Azərbaycanın məhv olma təhlükəsindən qurtularaq dirçəlişə qədəm qoymasından ətraflı şəkildə bəhs edib.

Yekunda tədbir iştirakçıları Mərkəzdə mövcud olan sərgilər, eksponatlarla tanış olub.