Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər Tariximizin daha bir şanlı səhifəsi - Zəngilan!

20.10.2023

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Zəngilan şəhəri günü" münasibətilə "Zəfər Tariximizin daha bir şanlı səhifəsi - Zəngilan! adlı tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon Kürəkçi kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

İlk olaraq Şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Zəngilan şəhərinin işğal tarixi, erməni vandalizminin qurbanına çevrilən ərazilərimizdən sonuncu olduğunu, 1988-ci ildən 1993-cü ilə kimi bu şəhərin düşmənə qarşı böyük dirəniş göstərməyi, həmçinin 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsinin nəticəsi olaraq 20 oktyabr tarixində işğaldan azad olunduğunu qeyd edib. Z.Məmmədzadə həmçinin Zəfər tariximizin qəhrəmanları olan Şəhidlərimizin igidliklərindən söz açıb, şagirdlərimizə həqiqi Azərbaycan vətənpərvəri olmağı arzulayıb.

Tədbir iştirakçılarının Mərkəzdə mövcud olan eksponat və sərgilərlə tanışlığından sonra tədbirə yekun vurulub.