Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə ”Zəngilan Şəhəri Günü” nə həsr edilmiş tarix dərsi

20.10.2023

Lerik rayon Heydər Əliyev Mərkəzində “Zəngilan Şəhəri Günü”nə həsr edilmiş tarix dərsi keçirilib.

Dərs leytenant  Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin yuxarı  sinif şagirdlərinin iştirakı ilə baş tutub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edilib.

Daha sonra Mərkəzin kiçik elmi işçisi Bahar Mürsəliyeva  şagirdlərə  Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli sərəncamı barədə ətraflı məlumat verərək bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub  və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Xalqımız hər il 20 oktyabr tarixini -  Zəngilan şəhəri gününü qürur hissi ilə qeyd edəcək.

Sonda şagirdlər "Zəngilan  rayonuna virtual səyahət" qısametrajlı filmini izləyiblər.