Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsindəki qələbəmizdə milli mənəvi dəyərlərimizin rolu

19.10.2023

Masallı “ASAN xidmət” mərkəzində Zəngilan şəhəri gününə həsr olunan “Vətən müharibəsindəki qələbəmizdə milli mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsinin Masallı Bölgəsi üzrə şöbəsi  və Masallı “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiəlik sükutla yad olunub.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin multikulturalizmi, tolerant dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının Azərbaycanın dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi bildirilib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələrinin, “Dəmir yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olması vurğulanıb.