Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 Oktyabr - Zəngilan Şəhəri Günüdür

20.10.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Zəngilan şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar “20 oktyabr – Zəngilan şəhəri günü” adlı tədbir keçirilib.

Tədbirdə İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin V sinif şagirdləri iştirak ediblər.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kitabxananın əməkdaşı Arzu Hüseynova mövzu ilə əlaqədar məruzəsində bildirib ki, 44 günlük Vətən müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan biri Zəngilan rayonunun düşmən işğalından azad edilməsi idi. O, qeyd edib ki, bizi şanlı zəfərə bir addım daha yaxınlaşdıran, xalqımıza böyük sevinc bəxş edən müjdəli xəbəri Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci ildə ölkə əhalisinə müraciətində bildirmişdır. Şagirdlərin diqqətinə çatdırılıb ki, uzun müddət düşmən tapdağında qalan Zəngilan rayonu və digər ərazilərimizin işğaldan azad edilməsi dövlət başçısı İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasətinin, xalqımızın böyük iradəsi və mübarizliyinin sayəsində gerçəkləşdi.

Yekunda şagirdlər kitabxananın qarşısında təşkil edilən Zəngilan şəhəri gününə həsr olunmuş kitab sərgisinə baxış keçiriblər.