Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 Oktyabr-Müstəqilliyin Bərpası Günüdür

18.10.2023

Masallı rayon Mərkəzi Kitabxanasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirə başlamazdan öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən kitabxananın əməkdaşı Gülər Piriyeva bildirib ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Qeyd olunub ki, SSRİ-nin süqutu dövründə, yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlayıb. Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə danışan G.Piriyeva vurğulayıb ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Sonra kitabxananın digər əməkdaşı Mərdan İsgəndərov qeyd edib ki, hazırda Azərbaycan yerləşdiyi bölgədə baş verən siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ulu Öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, torpaqlarımızın işğaldan azad olunması,eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının siyasi baxışlarının Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.