Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyev və uşaqlar

19.10.2023

Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı uşaq bağçasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev və uşaqlar” başlığı altında tədbir keçirilib.  

Uşaq şöbəsinin müdiri Günəş Ağayevanın təqdimatnda oxunan bir neçə Azərbaycan xalq nağılı uşaqlarda böyük maraq yaradıb. Balaca oxucuların nağıl personajları haqqında suallarına ətraflı cavab verilib.

Sonra Mərkəzi Kitabxananın əməkdaşı Gülər Piriyeva uşaqlara Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti haqqında məlumat verib, dahi liderin zəngin ömür yolundan bəhs edən foto-albomla tanış edib.