Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyev irsinə səyahət

19.10.2023

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Yardımlı rayon Hamarkənd kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə "Ulu Öndər Heydər Əliyev irsinə səyahət" adlı tədbir keçirilib

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimiz naminə həyata keçirdiyi işlərdən geniş şəkildə bəhs edib. Z.Məmmədzadə həmçinin Mərkəzdə mövcud olan Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar və sərgilər barədə məlumat verib.

Yekun olaraq tədbir iştirakçıları Mərkəzdə tərtib olunan sərgilərlə tanış olublar