Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alverinə qarşı mübarizədə maarifləndirmənin rolu

19.10.2023

Astara rayon Heydər Əliyev Mərkəzində “İnsan alverinə qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib

Tədbirdə YAP Astara rayon təşkilatının, Ombudsmanın Cənub Regional Mərkəzinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin,  Astara rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Pedaqoji Kollecinin, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialının,  Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşları, Astara rayon Ş.Qurbanov adına 4 saylı və Astara rayon Y.Ağayev adına tam orta məktəblərinin kollektivləri iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin “Elektron kitabxanası”nda  saxlanılan kitablardan təşkil olunmuş sərgiyə baxmış keçiriblər