Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda “Müstəqilliyin Bərpası Günü”nə həsr olunan dəyirmi masa keçirilib

18.10.2023

Cəlilabad rayon Mədəniyyət Mərkəzində “Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirilib

Tədbirdə mərkəzin tabe müəssisələrində çalışan mədəniyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən, Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatında, eləcə də ordu quruculuğunda əldə olunan nailiyyətlərdən danışıblar. Onun müdrik siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sayəsində ölkəmizin durmadan inkişaf etdiyi xüsusi vurğulanıb.