Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Müstəqil Azərbaycan

18.10.2023

Astara rayon Heydər Əliyev Mərkəzində “Müstəqilliyin Bərpası Günü” münasibətilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və müstəqil  Azərbaycan” adlı tədbir keçirilib.

Tədbirdə YAP Astara rayon təşkilatının, Ombudsmanın Cənub Regional Mərkəzinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin,  Astara rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Pedaqoji Kollecinin, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri içtimai birliyinin Astara rayonu üzrə filialının,  Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşları, Astara rayon Ş.Qurbanov adına 4 saylı və Astara rayon Y.Ağayev adına tam orta məktəblərinin kollektivləri iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən, Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatında, eləcə də ordu quruculuğunda əldə olunan nailiyyətlərdən danışıblar. Onun müdrik siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sayəsində ölkəmizin durmadan inkişaf etdiyi xüsusi vurğulanıb.

Sonra Astara Dövlət Rəsm Qalereyasının “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.