Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan alveri-ümumbəşəri bəla

18.10.2023

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi  Kitabxana,  Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsinin Masallı Bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil  idarəsinin Masallı rayon üzrə təhsil sektorunun dəstəyi ilə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planına əsasən “İnsan alveri-ümumbəşəri bəla” mövzusunda tədbir keçirilib.  

Cəfər Cabbarı adına Ərkivan  qəsəbə 1 saylı tam orta məktəbində keçirilən maarifləndirici tədbirdə məktəbin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva günümüzün aktual məsələlərindən olan insan alveri ilə mübarizə istiqamətində dünyanın müxtəlif ölkələrində həmçinin Azərbaycanda da aparılan ciddi mübarizələrdən danışıb.

Sonra kitabxananın Xidmət şöbəsinin müdiri Gülər Piriyeva ölkəmizdə insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edən "İnsan alverinə qarşı mübarizə haqqında" qanuna müvafiq olaraq dövlət tərəfindən həyata  keçirilən mübarizə tədbirləri barədə  geniş məruzə edib.

Daha sonra DQİK Masallı Bölgəsi üzrə şöbənin müdiri  Elvin Əliyev və məktəbin direktoru Mənijə Yəhyayev çıxışlarında insan alveri cəmiyyətin bütün fərdlərinin problemidir və bu gün həlli daha çox ictimaiyyətin maarifləndirilməsi kimi yanaşmalar tələb etdiyini qeyd edərək bu səpgidə yeniyetmələrə lazımi tövsiyələr veriblər.