Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əbədi və sarsılmaz müstəqilliyimiz

18.10.2023

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin  birgə təşkilatçılığı ilə  Müstəqilliyin Bərpası Gününə həsr edilmiş “Əbədi və sarsılmaz müstəqilliyimiz “ adlı  tədbiri keçirilib.

Muzeydə  keçirilən tədbirdə təşkilatçı qurumların əməkdaşları və gənclər iştirak edib.

Əvvəlcə vətənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi illərində dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atdığı addımların Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl,  Ümummilli Liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin isə dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxaran faktlardan söhbət açıb.

Sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin nümayəndəsi Orxan Əliyev  və muzeyin elmi işçisi Dilgüşə Məmmədova  çıxışlarında  dövlət müstəqilliyinin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən və Azərbaycanın daha da inkişaf etməsində bu günki gəncliyin üzərinə düşən məsuliyyətdən danışıblar