Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Milli Mətbəx Festivalı keçirilib

17.10.2023

Lənkəran Dövlət Universiteti, Lənkəran-Astara Reqional Mədəniyyət İdarəsi, WACS və  WICS -in, Dünya Türk Mətbəx Kültürü, Elmi və Sənətli  Birliyinin Milli Üzvü Azərbaycan Milli Kulinariya Assosiyasiyası ( AMKA), TÜRKSOY-un Dünya Türk Mətbəx Kültürü, Elmi və Sənəti Birliyi tərəfindən LDU -da  və Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Azərbaycan mətbəxi Türk mətbəx mədəniyyətini təcəssümü kimi” adlı növbəti Respublika Elmi-Praktiki Konfransı və Milli Mətbəx Festivalı keçirilib.

Festivalda Lənkəran,Astara və Masallı rayonlarının kulinarları daha aktiv iştirak edib. Festivalda həmçinin milli mətbəximizin motivlərini özündə əks etdirən rəsm və sənatkarlıq sərgisidə nümayiş olunub.  Tədbirdə TÜRKSOY-un  Türk Dünyası Mətbəx Kültürü , Elmi və Sənəti Birliyinin ilk təqdim edilib.

Festivalda Lənkəran-Astara Reginal Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov , Lənkəran Dövlət Universitetinin rektorunun müşaviri texnika elmləri doktoru Mikayıl Məhərrəmov və AMKA-nın Prezidenti Tahir Əmiraslanov çıxış edərək milli mətbəximizin zənginliyindən danişıblar.

Festival və Elmi Konfrans  20 oktyabr Beynəlxalq Kulinariya gününə həsr edildi. Məktəblilərin Milli Mətbəxə həsr edilmiş rəsm əsərləri xüsusi maraq doğurub.

Qeyd edə ki, bu  Festival digər Türk ölkələrində də keçiriləcək. Gələn il bu Dünya Türk Xalqlarının Mətbəxi Beynəlxalq Elmi konfransı və Festivalı Özbəkistanda , 2025-ci ildə isə Türkmənıstanda  baş tutacaq. Azərbaycan Milli Kulinariya Asssosiasiyasının təşəbbüsü ilə 20 oktyabr Beynəlxalq Kulinariya Günü kimi qəbul olunub və 2004-cü ildən 150-yə yaxın ölkədə qeyd olunur. 2021-ci ildə Dünya Şəhərlər Günü Münasibətilə UNESCO-nun Şəhərlər Platforması tərəfindən Azərbaycanın Lənkəran şəhəri “Qastronomiya” nominasiyası üzrə Yaradıcı Şəhərlər sırasına daxil edilib.

Bu mövzuda 2021 və 2022-ci il tarixlərində ardıcıl olaraq Lənkəran şəhər Mədəniyyət Mərkkəzində  AMKA tərəfindən kulinariya Festivalları  və Elmi konfrans keçirilib.


4-6 iyun 2023-cü il tarixində TÜRKSOY-un təsis etdiyi “Türk Dünyası Mətbəx Kültürü,Elmi və Sənətləri birliyi”nə Azərbaycan Milli Kulinariya Asssosiasiyasının Prezidendi,Əməkdar Mədəniyyət işçisi,Professor Tahir Əmiraslanov Prezident  seçilib.

Festivalda birinci yerləri "Masallı” otel, "Boranı" restoranı, "Mona" otel və "Xəzər Palace" otel restoranı paylaşıblar.