Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Füzuli şəhəri günü” qeyd edilib 

16.10.2023

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində 17 Oktyabr – Füzuli şəhəri günü qeyd edilib.

Tədbirdə mədəniyyət işçiləri, ziyalılar və Vətən müharibəsi qaziləri iştirak edib.

Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş həmvətənlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş szöü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmailov 17 oktyabr 2020-ci ildə ordumuzun uğurlu döyüş əməliyyatları ilə Füzuli şəhərinin azad edilməsi tarixindən danışıb, əlamətdar günün təsis edilməsinin ölkə həyatı üçün mühüm hadisə olduğunu vurğulayıb. O, həmçinin Füzuli şəhərində aparılan bərpa-quruculuq işləri, o cümlədən yeni nəqliyyat və sosial infrastrukturunun yaradılması, "Böyük qayıdış" planı çərçivəsində məcburi köçkünlərin doğma yurd yerlərində məskunlaşdırılmasından bəhs edib. Bununla yanaşı, Vəkil İsmailov oktyabr ayında azad edilmiş Zəngilan və Qubadlı şəhərlərinin tarixi, coğrafi mövqeyi və iqtisadi-təsərrüfat potensialından, bu şəhərlərlə bağlı əlamətdar günlərin qeyd edilməsinin tarixi əhəmiyyətindən söz açıb.

Çıxışlarda Füzuli şəhərinin işğaldan azad edilməsi ilə tarixi ədalətin bərpa olunduğu, həmçinin son hərbi əməliyyatlarla işğal altında olan digər şəhər və rayonlarımızın azad edildiyi xüsusi vuröulanıb.