Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsi veteranı ilə görüş

10.10.2023

Yardımlı rayon Mərkəzi  Kitabxanasında  İkinci Qarabağ müharibəsi veteranı, antiterror əməliyyatının iştirakçısı Ramazan Adışlı ilə görüş keçirilib.

Öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Kitabxananın direktor  əvəzi Mehman Xanızadə tədbiri açaraq bildirib ki, 44 günlük Vətən müharibəsində Ordumuz xalqımızın 30 il davam edən vətən, torpaq həsrətinə son qoydu, torpaqlarımız işğaldan azad edildi. Bu qələbə şəhidlərin canları, zabit və əsgərlərimizin qəhrəmanlığı nəticəsində əldə olundu. Belə qəhrəman əsgərlərimizdən biri də Ramazan Adışlıdır.

Sonra kitabxananın əməkdaşı Şahbaz İsmayılov çıxış edərək Vətən müharibəsində və antiterror əməliyyatı zamanı ordumuzun düşmənin bütün təxribatlarına layiqli cavab verdiyini, bütün dünyanın ordumuzun gücünün, qüdrətinin, xalqımızın dövlət başçısının ətrafında bir yumruq kimi birləşməsinin şahidi olduqlarını qeyd edib.

Tədbirdə Vətən müharibəsi veteranı R.Adışlı iştirakçılara öz  döyüş yolundan danışıb, xatirələrini bölüşüb və onlara göstərilən qayğıya görə Ali Baş komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Yekunda tədbir iştirakçıları “Şəhidlər Xiyabanı”nı ziyarət ediblər.