Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncliyin himayədarı - Heydər Əlirza oğlu Əliyev !

12.10.2023

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili" çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq "Gəncliyin himayədarı - Heydər Əlirza oğlu Əliyev !" adlı tədbir keçirilib.

Tədbirdə Yardımlı rayonu şəhər 3 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub.

Sonra mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndər Heydər Əliyevin gənclərimizə göstərdiyi diqqət və qayğıdan, yürüdülən gənclər siyasətinin günümüzə qədər davam etməsindən, aparılan siyasətin uğurlu nəticələrindən həmçinin Mərkəzin "Heydər Əliyev ili" çərçivəsində həyata keçirdiyi layihə və tədbirlərdən söz açıb.

Daha sonra məktəbin müəllimi Əli Kərimli mövzu ilə bağlı fikirlərini ifadə edib, təşkil olunan tədbirə görə minnətdarlığını ifadə edib. Həmçinin şagirdlərin sualları cavablandırılıb.

Yekunda mərkəzdə təşkil olunan sərgilər və mövcud olan eksponatlarla tanışlıq olub.