Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bizim qəhrəman

11.10.2023

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Qəhrəmanlarımızı tanıyaq!” layihəsi çərçivəsində “Bizim qəhrəman” adlı tədbir keçirilib.

Muzeyin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin  birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Vətən müharibəsi iştirakçısı, xüsusi təyinatlı dəstənin komandiri Nazim Xanoğlan oğlu Cəfərov və gənclər iştirak edib.

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun döyüş meydanında qazandığı tarixi Qələbədən, xalqımızın birliyi və şücaətindən bəhs edilib.

Sonra muzeyin əməkdaşı Nazənin Heydərzadə gənclərə tədbirin qonağı Nazim Cəfərov haqqında geniş məlumat verib.

Yekunda çıxış edən Nazim Cəfərov iştirakçılarla xatirələrini bölüşüb.