Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə şəhid ailələri ziyarət olunub

05.10.2023

Lerikdə mədəniyyət nümayəndələri şəhid Əliyev Zahir Sədyar oğlunun, Dövlətli İskəndər Vüqar oğlunun və I Qarabağ müharibəsində itkin düşmüş Dövlətov Akşin Tarverdi oğlunun ailələrini ziyarət edib.

Şəhid ailələri ilə görüşdə Lerik rayon Mədəniyyət Mərkəzinin və mərkəzin şəbəkəsinə daxil olan müəssisələrin əməkdaşları iştirak ediblər. Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışılıb.

Həmçinin şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Bildirilib ki, şəhidlərimiz Vətən uğrunda canlarını fəda etməklə özlərindən sonra gələn nəsillər üçün qəhrəmanlıq salnaməsi olaraq əbədi yaddaşlara həkk olunub.

Görüş zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonra rayonun Soru kəndində ucaldılmış “Şəhidlər Abidə Kompleksi” və şəhid məzaları ziyarət olunub.