Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəbrayılın işğaldan azad olunmasından 3 il ötür

04.10.2023

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Cəbrayıl şəhəri günü”nə həsr olunan tədbir keçirilib.

Tədbirdə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin klub filiallarının özfəaliyyət kollektivləri konset proqramı ilə çıxış ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Sonra mərkəzin direktoru Anar Kəkəyev Cəbrayıl şəhərinin işğaldan azad olunmasının strateji cəhətdən çox böyük əhəmiyyət kəsb etdiydən, müharibənin sonrakı gedişatına mühüm təsir göstərməsindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində qısa zamanda işğal altında olan rayonlarımızın düşmən tapdağından azad edilməsindən danışıb.

Tədbir özfəaliyyət kollektivlərinin ifasındakı konsert proqramı ilə davam edib.

Yekunda xatirə şəkilləri çəkilib.