Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada ”Cəbrayıl şəhəri günü” qeyd olunub

04.10.2023

Astara rayon Mərkəzi Kitabxanasında “Cəbrayıl şəhəri günü”nə həs olunan tədbir keçirilib.

Tədbirdə M.Ə Sabir adına şəhər 1 saylı məktəbin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbiri kitabxananın direktoru Emil Baxşıyev açaraq Cəbrayıl rayonunun coğrafi mövqeyi, tarixi abidələri, faydalı qazıntıları, qiymətli xammal ehtiyatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri haqqında məlumat verib.

Sonra kitabxananın əməkdaşı Aybəniz İbadova mövzu ilə bağlı məruzə edib.

Yekunda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.