Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəhrəmanlar diyarı azadlıqda

04.10.2023

Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Cəbrayıl şəhəri günü" münasibətilə "Qəhrəmanlar diyarı azadlıqda" adlı dəyirmi masa keçirilib. 

Tədbirdə Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Mərkəzi Kitabxananın, Heydər Əliyev Mərkəzinin əməkdaşları, S.N.Abıyev adına Köryədi kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Vətən müharibəsində əldə olunan misilsiz qələbədən, Cəbrayıl şəhərinin tarixindən, həmçinin işğaldan azad olunduqdan sonra keçdiyi tərəqqi yolundan, Prezident İlham Əliyevin Cəbrayıla səfərlərindən söhbət açıb. Gənclərimizə vətənpərvər olmağı, şəhidlərimizi daima xatırlamağı, qazilərimizə hörmətlə yanaşmağı tövsiyyə edib.

Daha sonra Muzeyin əməkdaşı İlqar Həsənov və Mərkəzi Kitabxananın əməkdaşı Sakit Ziyadov mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

Yekunda tədbir iştirakçıları Yardımlı şəhidlərinə həsr olunmuş sərgi ilə tanış olublar.