Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəbrayılın işğaldan azad olunması-Vətən müharibəsinin ilk böyük qələbəsi

04.10.2023

Astara rayon Heydər Əliyev Mərkəzində “Cəbrayılın işğaldan azad olunması-Vətən müharibəsinin ilk böyük qələbəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Astara rayon təşkilatının, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının, Astara Dövlət Rəsm Qaleriyasının əməkdaşları,  C.Babayev  adına şəhər 3 saylı tam orta məktəbinin müəllim və şagirdləri  iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə “Vətən müharibəsinin 8-ci günü ” adlı sənədli film nümayiş olunub.

Çıxışlarda Cəbrayıl rayonunun coğrafi mövqeyi, tarixi abidələri, faydalı qazıntıları, qiymətli xammal ehtiyatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri haqqında məlumat verilib.

Yekunda Astara Dövlət Rəsm Qalereyasının, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tərtib edilən sərgiyə baxış keçirilib.