Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəbrayıl yeni inkişaf mərhələsində

03.10.2023

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə 4 Oktyabr-Cəbrayıl şəhəri günü ilə əlaqədar “Cəbrayıl yeni inkişaf mərhələsində” mövzusunda tədbir keçirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində keçiriən tədbirdə əvvəlcə şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə yeni təsis olunan Cəbrayıl Şəhəri Günü münasibətilə hamını təbrik edib. O, bildirib ki, 4 Oktyabr – Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, Vətənimizin igid oğullarının şücaəti ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Zəfərə aparan hər bir günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığnı söyləyən Ə. Tağıyeva Prezidentin Sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsinin mühüm hadisə olduğunu vurğulayıb. Direktor Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.

Sonra muzeyin əməkdaşı Nazənin Heydərzadə Qarabağın gözəl guşələrindən biri olan Cəbrayılın keçmişi , tarixi abidələri, eyni zamanda işğaldan azad edildikdən sonra orada gedən yeni inkişaf mərhələsi ilə bağlı geniş məruzə edib.

Tədbirdə Birinci Qarabağ və Vətən müharibəsi veteranı Cəmaləddin Məmmədov, qazi Talib Qəzəfərli Cəbrayıl əməliyyatının əhəmiyyətindən, Vətən müharibəsi zamanı işğal altında olan topaqlarımızın azad olunmasında igid oğullarımızın göstərdikləri şücatələrdən söhbər açıblar.

Daha sonra Mərkəzi Kitabxananın direktor əvəzi Zamin Məmmədov hər bir Azərbaycan vətəndaşının qazi və şəhidlərlə fəxr etdiyini, vətənin bütövlüyü uğrunda fədakarlıq göstərənlərə mənəvi borclu olduğunu və bu yolun davamçıları olaraq Azərbaycanın daha da inkişaf etməsində səylə çalışmanın vacibliyini vurğulayıb.    

Yekunda Cəbrayıl rayonunun azad edilməsində qəhrəmanlıq göstərənlərə “Təşəkkürnamə”lər təqdim olunub və tədbir iştirakçılarının muzeyə ekskursiyası təşkil edilib.