Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda şairə Esmira Günəşin ”Uğur yolu” jurnalının təqdimatı keçirilib

30.09.2023

Cəlilabad rayon Mərkəzi Kitabxanasında şairə Esmira Günəşin Cəlilabadın vətən müharibəsi şəhidlərindən bəhs edən "Uğur yolu" jurnalının təqdimat mərasimi keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, Cəlilabad rayon İcra Hakimiyyətinin əməkdaşı Günay İbadova, Prezident təqaüdçüləri yazıçı Meyxoş Abdullah, şair Gülbala Teymur, Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Ruhiyyə Abbaszadə, “Əməkdar mədəniyyət işçisi” Cahangir Muradov, Cəlilabad rayon "Günərzi qayğı mərkəzi"-nin rəhbəri Fatimə Cabbarova, rayon ziyalıları, Rəşad Abdullayev adına şəhər 2 saylı tam orta məktəbin şagirdləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Esmira Günəş jurnal haqqında iştirakçılara məlumat verib.

Çıxışlarda 44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərdən, şəhid və qazilərin döyüş yolundan bəhs edilib.

Sonra Rəşad Abdullayev adına şəhər 2 saylı tam rota məktəbin şagirdlərinin, kitabxananın məktəbli oxucularının, Cəlilabad rayon “Günərzi qayğı mərkəzinin” uşaqlarının ifasında kompozisiyalar təqdim olunub.