Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada şəhid məzarı ziyarət olunub

02.10.2023

Astara  Tarix-Diyarşünaslıq  Muzeyinin  əməkdaşları 44 günlük  Vətən  Müharibəsi şəhidi  Bağırzadə Sadiq Şahin oğlunun anım günü ilə  əlaqədar məzarını ziyarət ediblər.

Mədəniyyət nümayəndələri şəhidin məzarı öününə gül dəstələri qoyaraq ruhuna dualar oxuyublar. Sonra şəhidin ailəsi və ev muzeyi ziyarət olunub.

Qeyd edək ki, Sadiq Bağırzadə 2020-ci il sentyabrın 30-da Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Sadiq  Bağırzadə  ölümündən  sonra  “Vətən uğrunda”, “Kəlbəcərin  azdad  olunması”, “Cəsur döyüşçü” medalları və “Azərbayca  Bayrağı ordeni” ilə təltif edilib.