Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Cəbrayıl şəhəri günü” qeyd olunub

02.10.2023

Yardımlı rayon Mərkəzi Kitabxanasında “Cəbrayıl şəhəri günü”nə həsr olunan tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon Peşə məktəbinin şagirdləri və kitabxananın oxucuları iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Kitabxananın direktor vəzifəsini icra edən Mehman Xanızadə çıxış edərək Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli sərəncamı barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə kitabxananın Uşaq şöbəsinin müdir əvəzi Rizvan Adışov geniş məruzə edərək vurğalıyıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Xalqımız hər il 4 oktyabr Cəbrayıl şəhəri gününü qürur hissi ilə qeyd edəcək.

Sonra kitabxananın əməkdaşı Ərşad İsrafilov, Peşə məktəbinin müəllimi Bəhruz Xudiyev, şagirdlərdən İlqar Bünyadov çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.