Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayonunda “Heydər Əliyev ili” çərçivəsində rəsm sərgisi təşkil edilib

28.09.2023

Cəlilabadda Dövlət Rəsm Qalereyası və 4 saylı şəhər klubunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində rəsm sərgisi təşkil olunub.

Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbdə təşkil olunan sərgidə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi egtiramla yad edilib.

Çıxışlarda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan sərginin əhəmiyyətindən bəhs olunub. Vurğulanb ki,  Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib.

Qeyd edilib ki, uşaqlarla bağlı dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, bütün uşaqların sevimlisi Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi layihələr dövlət uşaq siyasətinin rellaşdırılmasında müstəsna rol oynayır.

Sonra sərgiyə baxış olub.

Sərgidə vətənpərvərlik mövzusunda, eyni zamanda, müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və əl işləri nümayiş edilib.