Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib

30.09.2023

Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində illik qrafik üzrə seminar-müşavirə keçirilib.

Seminarda Mədəniyyət Mərkəzinin bütün filial rəhbərləri iştirak ediblər. 

Seminar-müşavirənin sədri Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev filial rəhbərlərinə sənədləşmə, nizam-intizam qaydaları, oktyabr ayında qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.