Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır

30.09.2023

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq, Lerik rayon Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır mövzusunda dəyirmi masa keçirilib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova tədbiri giriş sözü ilə açaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışından sonra daxildə yaranmış nisbi sabitlikdən, beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü il sentyabrın 20-də dünyanın inkişaf etmiş qüdrətli dövlətlərini təmsil edən neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan neft müqaviləsinin imzalanmasından və bu müqavilənin əhəmiyyətidən danışıb.

Tədbirdə  çıxış edənlər  “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində bütün sahələrdə irəliləyişlərə nail olunduğunu, Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrildiyini, ölkənin hərbi-siyasi qüdrətinin artdığını, ərazi bütövlüyümüzün tam bərpa edildiyini, bütün bunların əsasında Ümummilli Lideri Heydər Əliyevin strategiyasının dayandığını, bu nailiyyətlərin Ulu Öndərin davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.