Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada şəhid ailəsi ziyarət olunub

28.09.2023

27 Sentyabr-Anım Günü ilə əlaqədar Astara Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Nurlan Rəhimovun ailəsini ziyarət edib.

Ziyarət zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışılıb.

Həmçinin şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Bildirilib ki, şəhidlərimiz Vətən uğrunda canlarını fəda etməklə özlərindən sonra gələn nəsillər üçün qəhrəmanlıq salnaməsi olaraq əbədi yaddaşlara həkk olunub.

Görüş zamanı şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.

Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Rəhimov Nurlan Əlövsət oğlu 2020-ci il sentyabrın 30-da Xocəvənd rayonunun Üçtəpə adlanan ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Nurlan Rəhimov ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.