Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib

29.09.2023

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Zəfər tarixi” mövzusunda tarix dərsi keçirilib.

Tarix dərsi nəzəri və praktik hissədən ibarət olub. Tədbirdə Nəriman Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Muzeyin əməkdaşları Əntiqə Tağıyeva və Nazənin Heydərzadə “Zəfər tarixi” haqqında şagirdlərə geniş məlumat verib.

Sonra şagirdlərlə mövzu ətrafında müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Yekunda şagirlərin muzeyə ekskursiyası təşkil olunub.